J.Alezi: Daniel özünə komanda tapacaq

Sabiq Formula1 sürücüsü Jan Alezi bildirib ki, Daniel Rikkardo özünə komanda tapacaq.

F-1.az xatırladır ki, avstraliyalı sürücü McLaren-də çox zəif çıxış edir və bəzi iddialara görə Britaniya komandası onun əvəzinə Piastrini transfer edib. Belə olan halda Rikkardonun ən real şansı Alpine komandası olacaq.

Jan Alezi: “Daniel Formula1-dəki ən parlaq xarakterlərdəndir. Formula1 fanatları ilə danışanda əksəriyyəti Danieli tərifləyir, çünki onu sevirlər. Düzdür, Norris bir yeni ulduz tək parıldayarkən Daniel bolidlə mübarizə aparır. Buna baxmayaraq, o özünə yaxşı bir komanda tapacaq”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*