21 Noyabr 2019, Cümə axşamı - 18:08

E.Lyuks Sutili məhkəməyə verib

E.Lyuks Sutili məhkəməyə verib

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

05:38 - 25 İyun, 2011

Çin Qran Prisindən sonra Şanxayın M1nt gecə klubunda xoşagəlməz insident baş vermişdi – Force İndia komandasının sürücüsü Adrian Sutil Lotus […]

Çin Qran Prisindən sonra Şanxayın M1nt gecə klubunda xoşagəlməz insident baş vermişdi – Force İndia komandasının sürücüsü Adrian Sutil Lotus Renault GP komandasının həmsahibi Erik Lyuksun boğazını şüşə ilə kəsmişdi.

Hadisədən bir neçə gün sonra isveçrəli vəkil Mark Hentselin bəyanat yayayaraq bildirmişdi ki, Lyuks fiziki təhqir və bədən xəsarətlərinə görə məhkəməyə müraciət etmək fikrindədir, amma Sutil və onun meneceri həmin vaxt heç bir rəsmi sənəd almamışdılar. Hadisənin üstündən vaxt keçdikcə, Hamı elə bilirdi ki, tərəflər konflikti yoluna qoyublar – amma dünən Münhen prokurorluğu sürücüyə qarşı iddianın qaldırıldığını təsdiq edib.

Frankfurter Allgemeine Zeitung qəzetinin jurnalistləri hesab edirlər ki, iddia bir həftə əvvəl qaldırılıb, amma prokurorluğun işinin xüsusiyyətləri üzündən rəsmi qeydiyyat dünənə təsadüf edib. İnsidentin araşdırılması isə bir neçə ay çəkə bilər.


E.Lyuks Sutili məhkəməyə verib

E.Lyuks Sutili məhkəməyə verib

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

04:08 - 19 May, 2011

Dünən axşam Lotus Renault GP komandasının vəkili Erik Lyuksun isveçrəli vəkili Mark Hentselin bəyanat yayıb, bəyanatda deyilir: “Şanxayda aprelin 17-də […]

Dünən axşam Lotus Renault GP komandasının vəkili Erik Lyuksun isveçrəli vəkili Mark Hentselin bəyanat yayıb, bəyanatda deyilir: “Şanxayda aprelin 17-də baş vermiş məlum hadisələrdən sonra cənab Erik Lyuks fiziki təhqir və ağır bədən xəsarətlərinə görə, cənab Adrian Sutili məhkəməyə vermək qərarına gəlib.

Bu bəyanat məhkəmədə qeydiyyata alındıqdan dərhal sonra FİA və Force İndia komandası bildiriş alacaqlar. Bundan əlavə cənab Erik Lyuks bu hadisə ilə əlaqədar digər şəxsləri də hüquqi məsuliyyətə cəlb edəcəyini istisna etmir.”

Şanxayın M1nt gecə klubunda baş verən insidentin qalamaqalı qızışmaqdadır. Bir neçə gün əvvəl Sutil bildirmişdi ki, Lyuksdan üzr istəyib. Çox güman ki, Lyukc vəkilləri ilə məsləhətləşdikdən sonra başqa qərar qəbul edib. Hadisələrin gedişini izləyirik…


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 340
Teqlər
Paylaş

logo