09 Dekabr 2019, Bazar ertəsi - 02:02

F.Alonsonun meneceri Kulthardla razılaşmır

F.Alonsonun meneceri Kulthardla razılaşmır

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

12:08 - 21 İyul, 2013

İyulun əvvəllərində Devid Kulthard bildirmişdi ki, Fernando Alonsonun sonuncu titul almasından artıq xeyli vaxt keçib və əgər bu ənənə davam […]

İyulun əvvəllərində Devid Kulthard bildirmişdi ki, Fernando Alonsonun sonuncu titul almasından artıq xeyli vaxt keçib və əgər bu ənənə davam edərsə, ispaniyalı sürücü Ferrari-də karyerasını davam etdirmək ya da komandasını dəyişmək üzərində düşünə bilər.

Alonsonun meneceri Luis Qarsia Abad SkySports kanalına bildirib ki, hətta Ferrari ilə titul qazana bilməsə belə Fernandoya komandasını dəyişməyi məsləhət görmür…

Luis Qarsia Abad: “Mən Fernandoya komandasını dəyişməməyi məsləhət görürəm. Alonso Formula1 tarixində qələbələrin sayına görə 4-cü sürücüdür, hazırda şəxsi hesabda ikinci yerdədir, amma sürücülərin çoxu karyerasında bir qələbə belə qazanmadan çempionatdan gedirlər.

Sponsorlar? Onlar Fernandonu dəstəkləməkdən lazımi səmərə əldə edirlər, hətta Fernando titul qazanmasa belə, ona görə də bu faktor əhəmiyyət kəsb etmir…”


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 490
Teqlər , , , ,
Paylaş

logo