2007-ci ilin sentyabrında Berni Ekklstoun və Flavio Briatore Britaniyanın Queens Park Rangers futbol klubuna 29 milyon funt vəsait yatırmışdılar (15 milyon funt Berni və 14 milyon funt Flavio) və o zaman komandanın direktorlar şurasına daxil olmuşdular. Bu gün isə məlum olub ki, Briatore tutduğu vəzifəni tərk edib…
Flavio Briatore: “QPR rəhbərliyində keçirdiyim üç il maraqlı təcrübə oldu. Mən fəxr edirəm ki, əfsanəvi komandanın xilas olunmasında iştirak etdim və onun gələcək uğurlarının əsasını qoydum.
Komanda qarşısında mənim öhdəliklərim əvvəlki kimi qalacaq, amma mən hiss edirəm ki, başqa sahələrə diqqət etməliyəm. Mən şadam ki, direktorlar şurasına İşan Saksen başçılıq edəcək. Mən əminəm ki, o vəzifəsinin öhdəsindən əla gələcək və onun rəhbərliyi altında klyb stabilliyə nail olacaq.”