Dünən Xeres testlərində qara-qızılı R31-in sükanı arxasında Nik Haydfeld debüt etmişdi, bu gün isə növbə Bruno Sennaya yetişib.
Gənc braziliyalı sürücü Nikin proqramı üzrə işləyəcək, amma komanda nəticələrin zəif olmasını gözləyir, buna səbəb isə təcrübə və hava fərqi olacaq…
Bruno Senna: “Mən səbirsizliklə debütümü gözləyirəm. Ümid edirəm ki, mənim testlərdə işim faydalı olacaq.”