F.Alonso: “İkinci yer qələbəyə bərabərdir”

Fernando Alonso doğma İspaniya Qran Prisinin finişində ikinci olub, bu nəticə ona imkan verib ki, çempionatda Sebastyan Fettellə birinciliyə yüksəlsin. […]

Fernando Alonso doğma İspaniya Qran Prisinin finişində ikinci olub, bu nəticə ona imkan verib ki, çempionatda Sebastyan Fettellə birinciliyə yüksəlsin. İspaniyalı sürücü bugünkü nəticəsini qələbə ilə bərabərləşdirib və növbəti dəfə bildirib ki, komanda F2012 üzərində hələ ciddi işləməlidir…

Fernando Alonso: “Bu gün qazandığım ikinci yer qələbəyə bərabərdir. Saxirdə mən yarışın qalibinə bir dəqiqə uduzmuşdum, bu gün isə Red Bull sürücülərini qabaqladım və finişədək qələbə uğrunda mübarizə apardım. Həm də bu gün biz Red Bull və McLaren sürücülərindən çox xal topladıq – uik-endind aha bir pozitiv amili.

İkinci hissənin sonunda yarışın həlledici anı oldu: bəlkə də Pastor pitə çox tez getdi, amma mən trasda qaldım və dövrəvi sürücülərin arxasında vaxt itirdim.

Finişə 7 dövrə qalmış arxa təkərlər trasla ilişməni tam itirmişdilər. Mən komandadan soruşdum ki, heç nə sıradan çıxmayıb? Çünki maşının davranışı dərhal dəyişdi, amma maşında nasazlıq yox idi. Son hissədə Pastor sürətli idi, həm də bizim bəxtimiz gətirdi ki, yarış qurtardı və Kimi məni keçə bilmədi.

Çempionatdakı vəziyyəti təhlil etmək çox çətindir, hər yarışda biz yeni qalib görürük, qüvvələr nisbəti daim dəyişir. Maşının hazırlanması zamanı biz işimizin öhdəsindən lazımınca gəlməmişik, ona görə də maşın üzərində hələ çox işləməliyik, amma biz fəxr edə bilərik ki, bu gün biz maksimum imkandan yararlandıq.

Çin və Bəhreyn yarışlarından sonra biz podiuma qayıda bildik və bu inamımızı artırır. Biz maşını təkmilləşdirməyə davam edəcəyik və kiçik bir tərəqqi qüvvələr nisbətini ciddi dəyişə bilər.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*