17 Noyabr 2019, Bazar - 14:52

Məhkəmə R.Dennisin iddiasını rədd edib

Məhkəmə R.Dennisin iddiasını rədd edib

Müəllif: Elçin Zodorov, redaktor

09:39 - 12 Noyabr, 2016

F-1.az bildirir ki, idarə heyətinin onu istefaya göndərmə cəhdlərinə görə London məhkəməsinə müraciət edən McLaren Group-un başçısı Ron Dennisin şikayəti təmin olunmayıb və vəziyyət daha da mürəkkəbləşib.

McLaren Group-un səhmlərinin 25%-i Ron Dennisə, 25%-i Mənsur Occeyə, qalan 50%-i isə Bəhreynin Mumtalakat şirkətinə məxsusdur. Ron Dennis komandanın idarəedilməsini tamamilə öz əlinə almaq istəyirdi və bunun üçün lazım olan maliyyəni tapa bilmirdi. İdarə heyəti isə Ronu müqaviləsinin müddəti bitənə qədər ödənişli məzuniyyətə göndərməyi planlaşdırırdı və vaxtı bitdikdən sonra isə müqaviləni uzatmaq planlarının olmadığı ona deyilmişdi.

İnvestorlar düşünürlər ki, McLaren Group-u indi satmağın heç bir mənası yoxdur. Onlar Ron Dennisin fəaliyyətindən narazıdırlar və səbirləri tükənib. Bunun səbəbləri arasında Vodofane də daxil olmaqla, bir neçə böyük sponsorun komandadan ayrılması da var. Komanda illərdir ki, titul sponsoru olmadan yarışır.

Ron Dennisin 2017-ci ilin yanvarında vəzifəsindən uzaqlaşdırılacağı bildirilir və onun yerinə keçməyə ən real namizsən kimi Zek Braun göstərilir.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 841
Teqlər , , , ,
Paylaş

logo