F.Alonso: “Bu bazar yaddaşlarımızda qalacaq!”

Fernando Alonso bildirib ki, Malayziya Qran Prisində qazandığı qələbə heç nəyi dəyişmir və Ferrari əvvəlki kimi böyük iş görməlidir ki, […]

Fernando Alonso bildirib ki, Malayziya Qran Prisində qazandığı qələbə heç nəyi dəyişmir və Ferrari əvvəlki kimi böyük iş görməlidir ki, rəqabətədavamlı maşın hazırlasın…

Fernando Alonso: “Bu gün bizi böyük sürpriz gözləyirdi. Mən elə bilirdim ki, biz burda rəqabətədavamlı olmayacayıq, çünki bir həftə əvvəl Avstraliyada rəqabətədavamlı deyildik, ona görə də daha çox xal qazanmağa çalışırdıq, amma sonda maksimum xal qazandıq – qeyri-adi nəticədir!

Bütün komanda üçün əla nəticədir: biz sıralanma turunun finalında pis çıxış etmədik və bu gün çətin hava şəraitinə baxmayaraq həyəcanlı deyildik. Bütün komandanı təbrik edirəm, komanda qələbəyə layiq idi. Biz çətin dövr yaşayırıq, amma, əlbəttə, bu bazar bizim yaddaşlarda qalacaq.

Düzünü desəm, bu qələbə heç nəyi dəyişmir. Maşının bugünkü sürəti bizi qane etmir, təsəvvür edin ki, sıralanma turunun son sessiyasına keçmək üçün əsil mübarizə aparmalı oluruq, yarışda isə heç olması bir az xal toplamağa çalışırıq. Komanda poul və qələbələrə can atır, amma ilk iki yarışda bizə sürət çatışmırdı.

Bu gün bizim məqsədimiz itkiləri minimuma endirmək idi – amma heç xal itirmədik. İlk iki yarış pis alınmadı, Çin və Bəhreyn üçün texniki yeniliklər gözləyirik, ümid edirik ki, vəziyyət yaxşılaşacaq.

Komandada hamı bir-birinə etibar edir, bu qələbə bir neçə günlüyə hamının əhvalını qaldıracaq, xüsusən də Maranelloda olanların…”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*