F1 ingilislərin qərarına reaksiya verib

Britaniya hökuməti ölkəyə gələnlərin 14 günlük məcburi karantin şəraitində qalmaları qaydasını Formula1 iştirakçılarına aid edilməyəcəyini desə də, sonradan bu qərarını dəyişmişdi.

F-1.az xəbər verir ki, çempionatın rəhbərliyi bunu bir ultimatum kimi bildirmir, lakin hökumət yarışın keçirilməsinə mane olacaqsa, Silverstounu Hokkenhaym əvəzləyə bilər.

Formula1-in təmsilçilərindən biri məsələ ilə bağlı danışıb: “İki həftəlik məcburi karantin qaydasının hamıya şamil edilməsi Britaniya Qran Prisinin bu il baş tutmasına imkan verməyəcək. Bundan əlavə, Formula1 və təchizatçılara aid on minlərlə iş yerinə mənfi təsir göstərəcək.

Biz Avstriyadakı yarışlardan sonra Britaniyaya Formula1 üçün icarəyə götürülmüş xüsusi təyyarə ilə qayıtmağı planlaşdırmışıq. Hamı testdən keçiriləcək və karantin şəraitində qalmağa ehtiyac yaranmayacaq. Elit idman televiziyaya qayıdırsa, bizim üçün bir istisna edilməlidir”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*