Mazepin Silverstounda yarışmayacaq

Dünən FİA-nın Avtoİdman üzrə Ümumdünya Şurası Rusiya və Belarus yarışçılarının yalnız FİA bayrağı altında neytral statusda beynəlxalq yarışlarda iştirak edə biləcəyinə qərar verib.

F-1.az xəbər verir ki, bu gün Britaniya Avtomobil Federasiyası Rusiya və Belarus yarış lisenziyasına malik sürücülərin Böyük Britaniyada yarışa bilməyəcəyini açıqlayıb. Oxşar qadağa komandaların Rusiya və Belarus lisenziyaları altında çıxışlarına və milli simvollardan, rənglərdən və bayraqlardan istifadəyə şamil edilib.

Britaniya Avtomobil Federasiyası bu qərarı Böyük Britaniya hökuməti və milli idman idarəedici orqanları ilə geniş məsləhətləşmələrdən sonra qəbul edib.

Beləliklə, Nikita Mazepin Haas komandası ilə əməkdaşlığı davam etdirsə belə, Formula1-in Britaniya Qran Prisində iştirak edə bilməyəcək.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*