McLaren Britaniyada xüsusi rəng çaları ilə yarışacaq

McLaren komandası 60-cı ildönümünün şərəfinə Britaniya Qran Prisində xrom rəng çalarında yarışacaq.

F-1.az xatırladır ki, McLaren komandası son illərdə bəzi yarışlara xüsusi rəng çalarında çıxıb. Onlar builki Monako yarışında da eyni şeyi etmişdi. Onlar üçlü tac uğuruna görə həm İndy500, həm 24 saatlq Le Man marafonu və Monako yarışlarında qzandıqları maşınların rəng çalarlarını MCL60-da toplamışdılar.

McLaren komandası 2006-2014-cü illərdə istifadə etdiyi xrom rəng çalarına qayıdıb. Bu rəng çaları McLaren-in tərəfdaşı Goggle ilə birlikdə yığılıb. Google şirkəti Chrome bauzerini Həmiltonun çempion olduğu 2008-ci ildə təqdim etmişdi.

McLaren komandası Britaniya üçün yığdığı rəng çalarında xrom rəngdən istifadə etsə də, qara və narıncı rəng çaları yenə də qalır. Buna görə də azarkeşlər məyus olublar.

McLaren-in rəhbəri Zek Braun: “Yarış həvəskarlarl McLaren-in klassik xrom rəng çalarlarını sevir. Bu sirr deyil. Google Chrome çirkəti Britaniya Qran Prisində komandamızın tarixini qeyd etmək üçün əfsanəvi rəng çalarının bəzi ünsürlrini geri gətirmək istədi. Azarkeşlərin istəyini təqdim etmək üçün çox həyəcanlıyıq.

Əminəm ki, bu rəng çalarının azarkeşlərimiz üçün gözəl xatirələri var. Bu maşını Silverstounda görmək üçün səbirsizlənirəm”.

Qeyd edək ki, Chrome rəng çaları Lando Norris və Oskar Piastrinin dəbilqələrində, ayaqqabılarında və kombinezonlarında da əks olunacaq.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*