L.Norris 100-cü yarışında uğur gözləyir

McLaren komandasının sürücüsü Lando Norris bildirib ki, karyerasının 100-cü yarışında yaxşı nəticə qazanmaq istəyir.

F-1.az xatırladır ki, britaniyalı sürücü son 3 yarışı podiumda bitirib. Lakin McLaren-in növbəti yarışlarda çətinlik çəkəyi gözlənilir.

Buna baxmayaraq, Amerikada karyerasının 100-cü yarışına çıxmağa hazırlaşan Lando Norris pozitiv düşünür.

Lando Norris: “Ostinə qayıdıb, mövsümün son üçlü yarışına çıxmaq üçün çox həyəcanlıyam. ABŞ-da həmişə əyləncəli yarışlar olub və bu həftəsonu 100-cü yarışıma çıxacağım üçün lap xüsusi olacaq. Bunu qeyd etmək üçün əla yerdir, çünki burada azarkeşlər həmişə əla ab-hava yaradırlar.

Qətərdə dubl podium əldə etmək inanılmaz idi. Stabil idik və çox işləməyimizin bəhrəsini gördük. Keçən həftə bazaya qayıdaraq, komanda ilə bunu qeyd etdik. Həftəsonumuzu və nələri daha yaxşı edəcəyimizi nəzərdən keçirdik. Simulyatorda vaxt keçirərək, növbəti 3 yarışa hazırlandıq. Başqa hansı sahələrdə inkişaf edə biləcəyimizi gördük. Çətin olacaq, amma komandamıza daha çox xal qazandıqmaq üçün qərarlıyıq”.

Oskar Piastri isə ABŞ-dakı sprint həftəsonundan yaxşı xallar toplamaq istəyir: “Qətərdə unudulmaz həftəsonu keçirdik. Ardıcıl podiumlar qazanıb, sprint yarışında qalib gəldik. Son yarışlar əla keçdi. Formula1 sürücüsü kimi ilk dəfə ABŞ-da yarışmaq üçün səbirsizlənirəm.

Daha əvvəl Texasdakı avtodromda yarışmamışdım. Buna görə də azarkeşlərin orada yaratdığı ab-havanı hiss etmək üçün səbirsizlənirəm. Təqvimdəki dir trasları xatırladan hissələri ilə gözəl trasa gedirik. Eyni zamanda sprint yarışı da olacaq. Yəni xal qazanmaq üçün daha çox fürsət var”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*