L.Həmilton: McLaren-ə görə sevinirəm

Mercedes komandasının sürücüsü Lyuis Həmilton yarışdan sonra azarkeşlərə təşəkkür edib.

F-1.az xatırladır ki, yeddiqat Dünya Çempionu Silverstounda podiuma çıxaraq, bu tras ardıcıl 11-ci dəfə fəxri kürsüyə yüksəlib. Yarışa yeddinci yerdən başlayan Lyuis startda yer itirsə də, təhlükəsizlik maşını onun imdadına yetişib və 38 yaşlı pilot üçüncü yerə yüksəlib.

Həmilton yarışın sonlarında Lando Norrisə hücumlar etsə də, keçə bilməyib və üçüncülüklə barışıb.

Lyuis Həmilton: “Silverstoun bizə növbəti dəfə inanılmaz şou göstərdi. Burada inanılmaz azarkeş qrupu var. Bizə dəstək verdikləri üçün onlara təşəkkür edirəm. Trasdakı enerjini və dəstəyi hiss etdim. Bəlkə buna görə podiuma yüksəldik.

Landonu və McLaren-i təbrik edirəm. O komanda mənim ailəmdir. Orada idmana başlamışam. Onları yenidən belə güclü görməl… Sadəcə sevinirəm.

Məncə, bu yarış bizim liderdən çox uzaqda olmadığımızı göstərdi. Bu da müsbət haldır. Sadəcə limirlərdə sürməyə davam etməliyik. Yeddinci yerdən başlayıb, üçüncü yerdə bitirmək böyük işdir. Komandama təşəkkür edirəm. Pit-stoplar əla idi. Hamı əla işlədi”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*