A.Covinatsi: Rasselə ilişdim

Alfa Romeo komandasının sürücüsü Antonio Covinatsi bildirib ki, xal ala bilmədiyi üçün məyusdur.

F-1.az xatırladır ki, italiyalı sürücü Silverstounda 13-cü yeri tutub.

Antonio Covinatsi: “Yarış uzun və maraqsız idi. Tempim yaxşı olsa da, lazımi anda heç nə edə bilmədim. Pitlərdən əvvəl Tsunodanın önündə idim, amma daha sonra Rasselin arxasında ilişib qaldım. Silverstounda ötmə etmək çətindir. Tsunoda xal qaldığı halda, biz evə əliboş qayıtdıq.

İndi isə Macarıstana hazırlaşmalıyıq. Orada yavaş döngələr var və buna görə oradan xallar qazana bilərik”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*