11 Dekabr 2018, Çərşənbə axşamı - 00:29

F.Nasr yeni C35-dən razı qalıb

F.Nasr yeni C35-dən razı qalıb

Müəllif: Rauf Hacıyev, redaktor

15:06 - 04 Mart, 2016

Sauber komandasının sürücüsü Felipe Nasr bildirib ki, komandanın 2016-cı il mövsümü üçün hazırladığı C35-dən razıdır və əlavə edib ki, bolid hələ tam hazır deyil…

F-1.az xəbər verir ki, Sauber komandası yeni C35-i bu həftə test etməyə başlayıb. Felipe Nasr və Markus Eriksson boliddən razı qalıblar.

Nasr yeni maşın barədə təəssüratlarını bildirib: “C35 ilə mükəmməl bir gün keçirtdik. Səhər tək dövrə üzərində işlədik. Nahardan sonra isə yarış tempində işlədik. Böyük məsafə qət etdik.

Hər şey qaydasındadır, amma hələ çox iş görməliyik. Mənim üçüb testlər bitdi və mən artıq Avstraliya QP-ni gözləyirəm. Artıq məlumatları analiz edəcəyik və yarışa hazırlaşacayıq”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 305
Teqlər , , ,
Paylaş

logo