F.Alonso: Sübut olunası heç nəyim yoxdur

Alpine komandasının sürücüsü Fernando Alonso bildirib ki, sübut olunası heç nəyi yoxdur.

F-1.az xatırladır ki, ispaniyalı sürücü Azərbaycan yarışında adını tarixə yazdırıb. O, Formula1-də ən uzun müddət çıxış edən pilot statusunu əldə edib.

Fernando Alonso: “Rəqabətədavamlıyam və səyahət etməkdən narahat olmuram. Niyə idmandan gedim? Trasları da yaxşı tanıyıram. Bu, çox vacibdir.

Oskar yaxşı sürücüdür və komanda bizi mübarizə aparmaqda sərbəst buraxıb. Mən özümü sübut etmək məcburoyyətində hiss etmirəm.

25 yaşımdan eyni istedadları daşıyıram. O vaxtdan bəri heç dəyişmədim. Mübarizə aparmaq istəyim hələ də var. Daha iki il yarışa bilərəm. Yenə də gələn il üçün son qərarı yay aylarından tez verməyəcəyik”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*