F.Alonso: İnanılmaz həftəsonu oldu

Alpine komandasının sürücüsü Fernando Alonso bildirib ki, nəticədən razıdır.

F-1.az xatırladır ki, ispaniyalı sürücü Kanadadakı sıralanma turunda ikinci olaraq, 2014-cü ildən sonra ilk cərgədə yer alıb. Bundan başqa Alonso Formula1 tarixində ilk cərgəni qazanan ən yaşlı 13-cü pilot olub.

Fernando Alonso: “Özümü əla hiss edirəm. İnanılmaz həftəsonu keçiririk. Həmişə cümə günləri güclü olsaq da, şənbə günləri temp itiririk. Ancaq bu gün yağışlı hava bizə kömək etdi.

Bolid yaxşı işlədi və özümü yaxşı hiss edirdim. Azarkeşlər də mənə motivasiya verdilər. Sabah görək nə olur. İlk döngədə Fertappenə hücum edəcəm”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*