Rəsmən: Alonso bu il İndy 500-ə McLaren-lə qatılacaq

İndyCar çempionatının ən güclü komandalarından birində iştirakına Honda şirkəti tərəfindən qadağa qoyulan Fernando Alonso nüfuzlu İndy 500 yarışına McLaren komandası ilə qatılacaq.

F-1.az xatırladır ki, ispaniyalı sürücü keçən il də eyni komanda ilə bəxtini sınamışdı və heç sıralanma turundan belə keçə bilməmişdi. Bu dəfə komanda yalnız bir yarışla kifayətlənməyib bütün çempionatda iştirak edəcək, Alonso isə komandanın əsas sürücüləri Patrisio O’Vard və Oliver Eskyuya yalnız İndianapolisdə starta çıxarılacaq 3-cü maşının sükanı arxasında qoşulacaq.

Fernando Alonso: “Mən sürücüyəm, İndy 500 isə dünyanın ən böyük yarışlarından biridir. Bu yarışı bizim üçün xüsusi edən azarkeşləri çox bəyənirəm və onlara görə bu yarışa qayıtmaq istəyirəm. Bütün iştirakçılara böyük hörmətim var – onlarla mübarizə aparmaq mənim üçün şərəfdir və bu mübarizədə əlimdən gələni etmək istəyirəm.

Bu yarışda iştirak etmək üçün bütün variantları öyrənmək mənim üçün vacib idi, amma mənim üçün həmişə McLaren SP siyahıda birinci olub. McLaren ilə xüsusi münasibətimiz var, birlikdə çox şey yaşamışıq və bu da bizi bir-birimizə çox bağlayır”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*