N.Pike Alonsoya iradını bildirib

Formula1 üzrə üçqat Dünya Çempionu Nelson Pike bildirib ki, Alonso siyasi cəhətdən çox zəif sürücüdür.

F-1.az xatırladır ki, ispaniyalı sürücü ən çox komanda dəyişən çempionlardan biridir. 37 yaşlı sürücü Minardi, Renault, McLaren və Ferrari komandalarının şərəfini qoruyub. Alonso 2007-ci ildə McLaren-dən, 2014-cü ildə isə Ferrari-dən qalmaqalla ayrılmışdı.

Nelson Pike: “Fernando sürücü kimi çox güclü olsa da, siyasi cəhətdən ən bərbad adamdır. Beş dəfə Dünya Çempionu ola bilərdi, amma getdiyi hər komandada qalmaqal yaratdı. Problem əmələ gətirir və komandanı tərk edir. Bəzən bir komandaya gedib səbirlə işləməlisiniz. Qalib gələnə qədər komandanı təkmilləşdirməyə kömək etməlisiniz. Amma sən həmişə güclü komandada olmaq istəyirsən. Bu, yaxşı hal deyil. Sən dəyişəndə komanda da dəyişmək istəyir. Uğur qazanmaq üçün səbirli olmalısan. Uğurun sirri budur.

Fernando Lyuisdən güclü deyil. İkisi də eyni səviyyədədirlər. Hərəsinin bir çatışmayan cəhəti var”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*