11 Dekabr 2019, Çərşənbə - 17:47

S.Vandorn uğurlu olacağına inanır

S.Vandorn uğurlu olacağına inanır

Müəllif: Rauf Hacıyev, redaktor

17:43 - 23 Sentyabr, 2016

Stoffel Vandorn karyerası barədə bəzi suallara cavab verib…

F-1.az xatırladır ki, belçikalı sürücü Bəhreyndə zədələnmiş Alonsonu əvəzləmişdi və yarışdan 1 xalla ayrılmışdı. Vandorn gələn ildən McLaren-in əsas sürücüsü olacaq.

Gənc sürücü bildirib ki, McLaren gələn illə bağlı qərarı açıqladıqdan sonra onun üzərindən ağır yük qalxıb: “Buna inanmaq üçün özümü çimdikləsəm də, müqavilə bağlanandan sonra çox rahatlandım. Formula1-də müqavilə imzalanana qədər heç nəyə inanmaq olmaz. Son aylar heç asan olmadı. Heç nə bilinmirdi və jurnalistlər eyni sualları verirdilər. İndi hər şey rəsmiləşib. Çiyinlərimdən ağır yük qalxdı. Battonun komandada qalması mənim üçün problem deyil. Censon təcrübəli sürücülərdən biridir. Onun yeni bolidin hazırlanmasında iştirak etməsi bizim üçün əlavə stimuldur. Onu qovmaq axmaqlıq olar. Təcrübəsi ilə komandaya kömək edəcək. Ondan çox şey öyrənə bilərik. Bu il sərbəst yürüşlərə böyük ehtimalla qatılmayacam. Əvvəlcə Super Formula-nı bitirməliyəm. Mənim üçün prioritet gələn ilə hazırlaşmaqdır.McLren-in Uokinq fabrikində daha çox vaxt keçirəcəm”.

Vandorn etiraf edib ki, McLaren olmasaydı, başqa komandaya keçəcəkdi: “Bəli, amma bunun hansı komanda olacağını demək istəmirəm. Mənim üçün ilk seçim McLaren idi. Bu komandada olmaq istədim. Hazırda komanda üçün çətin dövrlər olsa da, bu, yüksək səviyyəli komandadır. Böyük texniki heyətə və istedadlı mühəndislərə sahibdirlər. Obyektiv baxsaq, uğur qazanmaq üçün hər şey var. Burada 3 il keçirmişəm və hamını tanıyıram. Hamı da məni tanıyır. Yarışmağa hazır olduğumdan heç vaxt şübhə etmədim. Bu günə kimi yarışdığım bütün seriyalarda çempionluqlar qazandım. Hamısında uğurlu oldum. McLaren-in sükanı arxasında özümü rahat hiss etdim.

F1-ə gəlirəmsə, çempionluq üçün gəlirəm. Bunun üçün ən yaxşı mübarizəmi verməliyəm. Çox adam Fernandonu hazırda ən güclü sürücü sayır. Onunla komanda yoldaşı olmaq mənim üçün böyük fürsətdir. Ondan çox şey öyrənə bilərəm. Bu cür məşhur bir sürücü ilə yarışmaq mənim üçün xeyirlidir.

Ən böyük xüsusiyyətim qərarlı olmağımdır. Sürətli olub xətaların qarşısını ala bilərəm. Bunu tək yarışda yox, hər yarış bacara bilərəm. Bəzi sürücülər bir yarış qazanıb, başqa yarışda gözdən itə bilərlər. Amma mən bolidin gücündən asılı olmayaraq hər yarışı beşlikdə bitirmək istəyirəm.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 285
Teqlər , , ,
Paylaş

logo