F.Alonso: “İtaliyada işimiz çətin olacaq”

McLaren Honda komandasının sürücüsü Fernando Alonso bildirib ki, Belçika yarışından sonda İtaliyada da çətinlik çəkəcəklər.

F-1.az xatırladır ki, ispaniyalı sürücü Belçikada müəmmalı formada mübarizəni vaxtından əvvəl dayandırmışdı.

Fernando Alonso: “Növbəti dəfə bolidimiz üçün əlverişsiz bir trasa gedirik və işlərin çətin olmasını gözləyirəm. Montsa Spa-dan qısa trasdır və buna görə pis vəziyyətdə qala bilərik. Belçikada tras uzun olduğu üçün bir sektorda itirdiyimizi digərində bərpa edə bilirdik, amma İtaliya yarışı tez bitir. Düzlüklərdə rəqiblərimiz bizi asanlıqla ötüb gedəcəklər. İkinci sektorda güclü performans gözləyirəm, amma ümumilikdə uzun düzlüklər var və bu işimizi çətinləşdirir. Yenə də əlimizdən gələni edəcəyik”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*