E.Cordan: Mik atasına görə gəlməyib

Sabiq komanda rəhbəri Eddi Cordan bildirib ki, Mik Şumaxer öz adı ilə uğurlu olmaq istəyir.

F-1.az xatırladır ki, almaniyalı sürücü 2018-ci ildə Formula3-də Dünya Çempionu olub. Hazırda isə Formula2-də liderdir. Lakin əksəriyyət düşünür ki, Mik soyadının hesabına Formula1-ə gəlib çıxıb və Haas-da yarışacaq.

Eddi Cordan: “Atasının idmandakı mirası Mikə təsir etməyəcək. O, Mixaelin oğlu kimi tanınmaq istəmir, uğur qazanmaq istəyir. İndi də Ferrari sürücü akademiyasının üzvü kimi Haas komandasında debüt edəcək. Daha əvvəl Formula1 bolidi sürüb və təcrübəsi var. Ferrari belə sürüb. Maranello da onu dəstəkləyir. O, ilk mövsümünə yaxşı hazırlaşır və bəzi sürücülərdən güclü olacaq”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*