Red Bull Şumaxeri izləyir

Red Bull şirkətinin idman məsləhətçisi Helmut Marko bildirib ki, Mik Şumaxeri yaxından izləyirlər.

F-1.az xatırladır ki, almaniyalı sürücü mövsümə pis başlasa da, son 3 yarışda özünü yaxşı tərəfdən göstərə bilib.

Helmut Marko: “Bütün gənc sürücülər kimi Miki də izləyirik. Hazırda yaxşı sürür və problem yaşamasa, Kanadada xal qazana bilərdi.

Belə görünür ki, Mikin real təzyiqə və tənqidə ehtiyac duyur. Daha sonra yaxşı nəticələr qazanmağa başlayır. Yaxşı nəticələr alması üçün vaxt lazımdır. Bu hal karyerası ərzində həmişə olub. Məsələn, Formula3-də yarışanda birdən-birə qazanmağa başladı. Eyni hal Formula2-də də təkrarlandı”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*