Dünyanın ən sürətli Formula1 maşını Bakıda!

Bazar günü, 17 iyun tarixində Bakının mərkəzində – Neftçilər prospektində improvizasiya olunmuş yarış trasında Formula1-in hazırkı çempionunun – Red Bull […]

Bazar günü, 17 iyun tarixində Bakının mərkəzində – Neftçilər prospektində improvizasiya olunmuş yarış trasında Formula1-in hazırkı çempionunun – Red Bull Racing komandasının nümayiş yürüşləri baş tutacaq.

Bu sürət bayramında Bakı sakinləri 2011-ci ildə Sebastyan Fettelə Dünya Çempionu olmaq, Red Bull Racing komandasına isə Mühəndislər Kubokunda əminliklə qalibiyyət əldə etmək imkanı vermiş Formula1-in ən sürətli yarış bolidini – RB7-ni öz gözləri ilə görə biləcəklər!

RB7 bakılılara inanılmaz sürət, manevrlilik, baxımlı “ponçik” bişirmələri (yerdə tüstülü dövrələr vurmaq) və 2.5 saniyə ərzində saatda 0-dan 100 km-dək sürət yığmanın fenomenal xarakteristikalarını nümayiş etdirəcək!

Yarış bolidini ən məşhur sürücülərdən biri, Formula1-in əfsanəsi, Red Bull Racing komandasının yarış məsləhətçisi Dəvid Kulthard idarə edəcək.

Məlumat üçün:

Red Bull Racing – Formula1-in əsası 2005-ci ildə qoyulmuş ən gənc komandalarından biridir. Komanda planetin ən nüfuzlu dünya çempionatında iştirak etdiyi 7 il ərzində 29 qələbə, 69 podium və 41 poul əldə edib. 2010-cu və 2011-ci illərdə heyətində Sebastyan Fettelin və Mark Uebberin iştirak etdiyi komanda mütləq çempion olmuşdur: Sebastyan pilotlar arasında ikiqat Dünya Çempionu olmuş, komanda isə Ferrari və McLaren kimi məşhur rəqiblərini qabaqlayaraq iki Mühəndislər Kubokunu qazanmışdır.

Dəvid Kulthard Red Bull Racing komandasının menecmentinə daxildir. Aşağı Formula siniflərində qurduğu inanılmaz karyeradan sonra, Dəvidin həyatında Formula1 karyerası başlamışdır: o, Willams, McLaren və Red Bull Racing komandalarının şərəfini qorumuşdur. Karyerası boyu yalnız Ədrian Nyuinin qurduğu bolidlərdə 13 Qran Prinin qalibi olmuşdur və 62 dəfə podiuma qalxmışdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*