C.Batton və Brawn GP komandası Laureus mükafatı alıblar

Dünən axşam dünya çempionu Censon Batton “İlin yüksəlişi” nominasiyasında nüfuzlu Laureus idman mükafatına layiq görülüb – mükafatın təntənəli təqdimetmə mərasimi […]

Dünən axşam dünya çempionu Censon Batton “İlin yüksəlişi” nominasiyasında nüfuzlu Laureus idman mükafatına layiq görülüb – mükafatın təntənəli təqdimetmə mərasimi Abu Dabidə baş tutub…

Censon Batton: “Məncə, Laureus-un münsiflər heyəti unudub ki, mənim artıq 30 yaşım var! “İlin yüksəlişi” mükafatı! Amma 2009-cu il mənim üçün doğrudan da əlamətdar oldu. Mövsümün əvvəlində mən heç bilmirdim ki, Formula1-də çıxış edəcəm, yoxsa yox. Ona görə də Brawn GP komandasının ilk ilindəcə titul qazanmaq çox həyəcanlı idi – bu mükafatda komandanın da payı çoxdur.

Mən həm də Laureus Akademiyasına minnətdarlıq etmək istərdim: bu mükafat keçənilki çempionatın ideal sonudur.”

Brawn GP komandası da “İlin komandası” nominasiyasında qalib elan olunub…

Nik Fray: “Bu mükafatı almaq mənim üçün böyük şərəfdir, təəssüf ki, Ross Braun tədbirdə iştirak edə bilmir, amma o, hazırda başqa bir nüfuzlu mükafatı Britaniyanın Bukingem sarayında Kraliçadan qəbul edir (Braun Britaniya İmperiyası Ordeninə layiq görülüb).

Bir il əvvəl komandanın əvvəlki sahibləri Formula1-i tərk etməli oldular. Bizim sponsorlarımız yox idi və vəziyyət çox pis idi. Amma biz işləməyə davam etdik, maşını hazırlayıb trasa çıxdıq. İki sürücümüz isə yarışları televizorda izləmək riski ilə məşqləri davam etdirirdi.

Biz mübarizə aparmaq qərarına gəldik. Bizim heç motorumuz yox idi, amma Mercedes-Benz şirkəti köməyimizə gəldi və bizi Formula1-in ən yaxşı motorları ilə təmin etdi. Elə o zaman bizim ilk sponsorlar peyda oldular – bizə inanmağa başladılar. Nəyicədə biz ilk yeddi yarışda altı qələbə qazandıq, sonda isə iki titul.”

Laureus mükafatı 2000-ci ildə Daimler konserni və İsveçrənin Richemont şirkəti tərəfindən təsis olunub və hər il ən görkəmli idman nailiyyətlərinə görə təqdim olunur…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*