20 Avqust 2019, Çərşənbə axşamı - 22:25

M.Şumaxer zədələnib

M.Şumaxer zədələnib

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

17:52 - 29 Dekabr, 2013

Fransanın Europe 1 radiostansiyası bu gün səhər xəbər yayıb ki, Alp dağlarında yerləşən Meribel kurortunda dağ xizəyi ilə məşqləri zamanı Mixael Şumaxer yıxılıb və ciddi zədələnib.

Radiostansiyanın bildirdiyinə görə, yeddiqat dünya çempionu kəllə-beyin zədəsi diaqnozu ilə yerli hospitala çatdırılıb.

Meribelin turizm departamentinin nümayəndəsi Kristof Gerinyon Lekom Monte Karlo Radiosuna bildirib ki, “Mixael helikopterlə Mutye hospitalına təxliyə olunub və polis hazırda insidentin təfərrüatlarını araşdırır…”

Radiostansiyanın məlumatına görə, Şumaxerin zədəsi o qədər də ciddi deyil və həyatına təhlükə yoxdur…

K.G.Lekom: “O, Meribel trasından kənarda 11:07-də yıxılıb, başında dəbilqə olub və Mixaelin sözlərinə görə, qayaya çırpılıb. Xilasedicilər 8 dəqiqədən sonra ona çatıblar.

F-1.az bildirir ki, Mixael huşunu itirməsə də, şok vəziyyətində olub. Çox güman ki, beyni zədələnib, amma zədə ciddi deyil…”


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 3. 487
Teqlər
Paylaş

logo