K.Çandhok Şumaxerlə olan xatirəsini bölüşüb

Sabiq Formula1 sürücüsü Karun Çandhok əfsanəvi Mixael Şumaxer ilə bir xatirəsini danışıb.

F-1.az xatırladır ki, hindistanlı sürücü 2010-cu ildə HRT komandası ilə Formula1-də debüt etmişdi. Həmin il əfsanəvi Mixael Şumaxer dördillik fasilədən sonra idmana qayıdırdı.

Karun Çandhok: “Mixael mənə yaxınlaşıb “Formula1-ə xoş gəldin” dedi. O vaxt vəziyyət bir az qarışıq olsa da, onun bu hərəkəti üüstümdəki təzyiqi azaltdı. Bizim tək işimiz trasa çıxıb bir neçə dövrə vurmaq idi.

Həftənin dördüncü günü Formula1 sürücüsü kimi ilk dəfə paddoka gələndə, mənimlə ilk danışan Mixael oldu. O vaxt F1-ə qaydırdı və o dövrün ən böyük ulduzu idi. Lyuis və Fernando kimi sürücülərdən daha böyük ulduz idi və mən heç kim idim, elə deyil mi?

Mənə doğru gəldi, özünü təqdim etdi və “Formula1-ə xoş gəlmisən” dedi. Bir az danışdıq və mənim haralı olduğumu, yarış keçmişimi soruşdu. Çox mədəni idi. Bunu etməyə bilərdi. Bu mənim üçün çox dəyərlidir”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*