C.Batton: “Bu çox vacib qələbədir!”

Bu gün Censon Batton mövsümdə beşinci qələbəsini qazanıb, bu dəfə o karyerasında ilk dəfə olaraq knyazlığın küçələrində fərqlənib. Censonun sevinci […]

Bu gün Censon Batton mövsümdə beşinci qələbəsini qazanıb, bu dəfə o karyerasında ilk dəfə olaraq knyazlığın küçələrində fərqlənib. Censonun sevinci həddən çox olduğundan, yarışın ilk üçlüyünün maşınları start-finiş düzlüyündə saxlamasını unudaraq pit-leynə girib. Bundan sonra o azarkeşlərin alqışları altında bir neçə yüz metr mükafatlandırma mərasiminə qaçmalı olub. Mətbuat konfransında isə Batton ənənəvi olaraq qələbənin çətin başa gəldiyini söyləyib…

Censon Batton: “Yarış çox çətin keçdi. Mən yaxşı start aldım, Rubens arxada idi, amma onun təkərlərlə problemi yaranmışdı, ona görə də mən ondan uzaqlaşa bildim. Monakoda belə bir xüsusiyyət var: finişə az qaldıqca qoruyucu baryerlər sənə bir qədər də yaxın görsənir. Amma uik-end əla keçdi, komanda əla işlədi, biz bir daha əmin olduq ki, maşınımız ən yaxşıdır və bu qələbə bizim üçün vacib idi.

Mən rəqiblərimizi bərk təkərlərlə starta çıxmalarını görəndə təəccübləndim, amma yumşaq təkərlərlə pit-stopa az qalmış izafi dönüşlük yarandı və sürət aşağı düşdü. Ona görə də biz nisbətən bərk təkərlərə keçdik, onlar isə bu trasda özlərini əla aparırdılar.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*