C.Batton: “Bu karyeramda ən yaxşı qələbədir”

Censon Batton xaotik Kanada yarışında qalib gəlib – britaniyalı sürücü sonuncu dövrədə Sebastyan Fetteli qabaqlayıb, finişdən sonra isə bu qələbəni […]

Censon Batton xaotik Kanada yarışında qalib gəlib – britaniyalı sürücü sonuncu dövrədə Sebastyan Fetteli qabaqlayıb, finişdən sonra isə bu qələbəni karyerasının ən yaxşı qələbəsi adlandırıb…

Censon Batton: “Heç bilmirəm nə deyim. Çox emosional dörd saat keçdi – əvvəlcə Lyuislə insident yaşadım, mən sadəcə onu görmürdüm. Mən ondan üzr istədim və mübarizəyə atıldım. Təhlükəsizlik Maşınının arxasında sürət limitini aşdığım üçün məni pit-leyndən keçməklə cərimələdilər – bu gün bütün peletonu 3 dəfə keçməli oldum.

Son dövrələrdə mən Sebastyan keçmək üçün imkan axtarırdım, trasın nəmli sahəsində döngəyə geniş girdi və mən bu imkandan istifadə etdim. Fantastik yarış oldu, hətta mən qalib gəlməsəydim də, bu yarışı yadda saxlamalı idim, amma birinci yer – çox xoşdur, bəlkə də bu, mənim karyeramda ən yaxşı qələbəmdir.

Stüardlar tətəfindən sanksiya? Mən bu barədə düşünmürəm və hesab edirəm ki, heç bir səhvə yol verməmişəm, amma siz heç vaxt stüardların qərarını bilmirsiniz.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*