17 Dekabr 2018, Bazar ertəsi - 06:44

Force İndia heyətini iki həftə sonra elan edəcək

Force İndia heyətini iki həftə sonra elan edəcək

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

08:55 - 05 Yanvar, 2011

Bazar günü İsveçrənin Blick qəzeti yazmışdı ki, Force İndia heyətini tam müəyyən edib və yaxın günlərdə bəyanat yayacaq ki, 2011-ci […]

Bazar günü İsveçrənin Blick qəzeti yazmışdı ki, Force İndia heyətini tam müəyyən edib və yaxın günlərdə bəyanat yayacaq ki, 2011-ci ildə komandanın maşınlarını Adrian Sutil və Pol di Resta starta çıxaracaq, Niko Hülkenberq ehtiyat sürücüsü olacaq, Vitantonio Liutsiyə isə kompensasiya ödəniləcək…

Amma bu gün məlum olub ki, bu məlumat heç də həqiqətə uyğun deyil. Almaniyanın Motorsport-Total qəzeti yazır ki, yeni heyətin elan olunması ləngiyir, buna səbəb isə Vitantonio Liutsidir. Pol di Restaya yer boşaltmaq üçün komanda italiyalı sürücüyə 2 milyon dollar təzminat ödəməlidir. Ona görə də istisna deyil ki, Vitantonio və oun vəkilləri komandanın planlarını müvəqqəti də olsa, ləngidirlər.

Vəziyyət tam həll olmayınca, Force İndia komandası yeni heyətini bəyan etməyəcək. Niko Hülkneberqin də vəziyyəti qeyri-müəyyəndir, bunu onun meneceri də təsdiq edib, Veber deyib ki, “mən bir neçə komanda ilə danışıqlar aparıram.”

Hülkenberqin menecmentinin digər nümayndəsi Timo Qans da bildirib ki, Blick-də yazılanlar düzgün deyil…

Timo Qans: “Rəsmi bəyanatı adətən komanda yayır, ona görə də biz onlardan əvvəl heç nə deyə bilmətik.”

Sutilin meneceri Manfred Tsimmerman da şərhlərində ehtiyatlıdır: “Bilmirəm Blick bu məlumatları hardan alıb. Bəlkə Villi Veberdən, axı o deyir ki, Niko Hülkenebrq test sürücü olacaq. Mən yalnız öz adımızdan danışa bilərəm. Force İndia ilə ilkin razılaşma əldə edilib, müqavilənin qaralaması tərtib edilib, amma müqavilə özü hələ imzalanmayıb.”

Tseimmermanın sözlərinə görə, rəsmi bəyanatı 10-14 gün gözləməli olacayıq.

От пресс-службы Force India никаких комментариев не последовало.Force İndia-nın mətbuat xidməti məlumatlara şərh verməyib…


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 135
Teqlər
Paylaş

logo