18 İyun 2019, Çərşənbə axşamı - 09:49

2011-ci il: Michelin, Cooper Avon yoxsa Pirelli?

2011-ci il: Michelin, Cooper Avon yoxsa Pirelli?

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

12:42 - 04 May, 2010

Barselona yarışından əvvəl Formula1 2011-ci il üçün təkər təchizatçısını müəyyən etməlidir – komandalar yeni maşınlar üzərində işə başlamaq üçün son […]

Barselona yarışından əvvəl Formula1 2011-ci il üçün təkər təchizatçısını müəyyən etməlidir – komandalar yeni maşınlar üzərində işə başlamaq üçün son qərarı gözləyirlər. Bridgestone mövsümün sonunda çempionatı tərk edir, gələn ilə bir neçə variant var, amma onların hamısı müəyyən şərtlərlə bağlıdırlar – britaniyalı ekspert Ceyms Allen öz bloqunun səhifələrində vəziyyəti şərh edib…

Ceyms Allen: “Son həftələrdə yeni təkər təchizatçısı ətrafında aktivlik nisbətən azalıb. Bridgestone şirkəti getmək qərarını qəti qəbul edib, ehtimal var idi ki, onların təkərlərindən istifadə haqqı qaldırılacaq və çempionatın marketinq üstünlüyündən əlavə istifadə imkanları veriləcək, amma yaponiyalı ustalar qərarlarını dəyişməyiblər.

Michelin şirkəti radikal dəyişikliklər tələb edir – təkər disklərinin böyüdülməsi və çempionata təkər ustalarının rəqabətini qaytarmaq üçün çempionata digər təchizatçıların cəlb olunması. Bu fikir əvvəl Cooper Avon-u, daha sonra isə Pirelli-ni maraqlandırıb. Milad bayramından əvvəl mən Pirelli-nin nümayəndələri ilə danışmışdım, onlar Formula1-ə gəlmələrini azehtimallı sayırdılar, amma təkər disklərinin 13 düymədən 18 düyməyədək böyüdülməsi məsələyə yeni maraq doğurub – bu halda istehsalçılar digər yarışları da təkərlərlə təmin edə biləcəklər, elə yol maşınalrının təkərləri də yarış təkərlərinə çox oxşayacaq.

Əgər Formula1 təkər disklərinin 18 düyməyədək böyüdülməsinə razı olarsa, bu çempionata daha çox potensial təchizatçıların yolunu da açacaq, çünki inhicar təchizatçı şəraitində qeyri-sərfəli kommersiya şərtlərindən azad olacaqlar.

Beləliklə, Michelin öz təklifini irəli sürüb və təchizatdan 50 milyon funt qazanmağı planlaşdırır, amma səhnəyə Cooper AvonPirelli-nin gəlməsi danışıqlarda onalrın mövqelərini zəiflədib. Pirelli-nin Berni Ekklstounla köhnə əlaqələri var, Berni isə Formula1-i maksimum möhkəmlətmək istəyir.

Əgər komandalar üçün pulsuz olan təkərlərdən ciddi vəsait qoyuluşu tələb edən, amma pullu olan təchizata keçilərsə, bu idman üçün bir addım geri olacaq. İndiyə kimi Bridgestone şirkəti çempionata ildə 100 milyon dollar sərmayə qoyurdu və Formula1 səviyyəsində olan idmanın təchizatçısı məhz belə olmalıdır. Komandalar deyil, məhz idman təkər pulunu ödəməlidir – reklam şəklində, ya da nəğd şəkildə.

İdmanda istifadə olunacaq təkərlərin yol təkərlərinə oxşamasında çox müsbət cəhət var. Birincisi, bu yeni çağırışdır. Formula1 mühəndisləri ehsab edirlər ki, nazikprofilli təkərlər bugünkü təkərlərə nisbətən asfalta daha az ilişəcək. Çox güman ki, bu ötmələri də artıracaq. Yanacağa da qənaət olunacaq, bu isə ekologiya baxımında çox vacibdir. Konstruktorlarda maraqlı məsələni həll etməli olacaqlar – ən effektiv asılqan quran üstünlük qazanacaq. Bundan başqa əyləc disklərinin böyüdülməsi onların resursunu artıracaq və maya dəyərini aşağı salacaq.

Gələn il üçün təchizatçının seçilməsi müddəti başa çatamq üzrədir, əgər 18 düyməlik təkərlərə keçilməsi qərarı qəbul olunarsa, bu ən qısa müddətdə elan olunmalıdır, axı maşınların konstruksiyası dəyişəcək. Asılqanlar və aerodinamika ciddi dəyişikliyə uğrayacaq, ona görə də Pirelli 2012-ci ili gözləməyi real sayır.

Yaxın günlərdə bu məsələ ciddi müzakirə olunacaq…”


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 279
Teqlər
Paylaş

logo