İspaniya Qran Prisi – maşınların çəkisi

FİA maşınların start yanacağı ilə tərəzidə çəkilmələrinin nəticələrini dərc edib. Sıralanma turunun son sessiyasında ən az yanacaq Fernando Alonsonun Renault-sunun […]

FİA maşınların start yanacağı ilə tərəzidə çəkilmələrinin nəticələrini dərc edib. Sıralanma turunun son sessiyasında ən az yanacaq Fernando Alonsonun Renault-sunun baklarında olub – ispan sürücü aqresiv strategiya seçib və təxminən 15-c dövrədən sonra yanacaq doldurmağa getməyi planlaşdırıb. Poul qazanmış Censon Batton da sıralanma turunu yüngül maşınla keçirib, çempionatın lideri pitə Alonsodan bir neçə dövrə sonra getməlidir.

İlk beşlikdə ən ağır maşın Felipe Massadadır – yenilənmiş Ferrari F60B həqiqətən sürətlənib, KERS startda kömək ola bilər və Felipe mövsümdə komandası və özü üçün ilk poulu qazana bilər. İlk onluqda ən ağır maşın isə Niko Rosberqdədir – Williams ilk pit-stopu uzatmaqla strategiyaya düzəlişlər edə bilərlər, amma Nikonun arxasında daha ağır olan maşınlar start alacaqlar.

Sıralanma turunun son sessiyasına düşməyən sürücülərə gəlincə, startda ən ağır Lyuis Həmilton olacaq. Nəzəri cəhətdən Lyuis bütün yarışı bir pit-stopla keçirə bilər, əgər təkər imkan versə. Eyni strategiyadan Rəykkönen, Nakacima, Pike, Haydfeld, Buemi və Sutil də yararlana bilərlər…

Maşınların yanacaqla dolu çəkiləri (kq):
1. C.Batton (Brawn GP) – 646.0
2. S.Fettel (Red Bull) – 651.5
3. R.Barrikello (Brawn GP) – 649.5
4. F.Massa (Ferrari) – 655.0
5. M.Uebber (Red Bull) – 651.5
6. T.Qlok (Toyota) – 646.5
7. Y.Trulli (Toyota) – 655.5
8. F.Alonso (Renault) – 645.0
9. N.Rosberq (Williams) – 668.0
10. R.Kubitsa (BMW Sauber) – 660.0
11. K.Nakacima (Williams) – 676.6
12. N.Pike (Renault) – 677.4
13. N.Haydfeld (BMW Sauber) – 676.3
14. L.Həmilton (McLaren) – 683.0
15. S.Buemi (Toro Rosso) – 678.0
16. K.Rəykkönen (Ferrari) – 673.0
17. S.Burde (Toro Rosso) – 669.0
18. H.Kovalaynen (McLaren) – 657.0
19. A.Sutil (Force İndia) – 675.0
20. C.Fizikella (Force İndia) – 656.0

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*