Caterham yeni maşınını göstərib

Caterham komandası yeni CT01 maşınının təqdimatı üçün qeyri-adi meydan seçib – yeni maşının şəkilləri yanvarın 26-da F1 Racing dərgisində yayılmalı […]

Caterham komandası yeni CT01 maşınının təqdimatı üçün qeyri-adi meydan seçib – yeni maşının şəkilləri yanvarın 26-da F1 Racing dərgisində yayılmalı idi. Amma gözlənilmədən planları Britaniya poçt xidməti pozub – bəzi abunəçilər artıq bu gün jurnalın yeni sayını alıblar.

Belə vəziyyətdə Caterham komandası öz saytında yeni maşınının rəsmi şəklini dərc etməli olub. Diqqəti uzun və aşağı burun elementi cəlb edir, amma detalları seçmək elə də mümkün deyil.

CT01 trasda fevralı 7-də Xeresdə debüt edəcək…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*