L.Norris: Bəxtimiz gətirmədi

McLaren üçün Ciddədəki yarış uğursuz keçib. Lakin sürücülər bunu bəxtsizliklə əlaqələndirirlər.

F-1.az xatırladır ki, McLaren sürücüləri dünən xal zonasına düşə bilməyiblər.

Lando Norris: “Çətin yarış oldu, bu gün bəxtimiz gətirmədi. Mən yaxşı başladım, amma sonra ön qanadım zədələndi. Buna görə də yarışım məhv oldu. Burun hissəni dəyişdirmək üçün demək olar ki, dərhal pit yoluna qayıtmalı oldum.

Nəsə düşünməyə çalışdıq, taktiki sxemi tənzimlədik, amma ikinci pit-stopdan sonra uzun müddət, yarışın sonuna qədər Medium təkərlərlə sürməli oldum – ümumiyyətlə, kifayət qədər çətinliklər var idi.
Əlimizdən gələn hər şeyi etdik, komanda ahəngdar hərəkət etdi, lakin daha yaxşı nəticə əldə etmək çətin idi. İndi biz bütün diqqətimizi Avstraliya Qran Prisinə yönəltməliyik – ümid edirik ki, orada daha yaxşı işləyə bilərik”.
, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*