C.Rassell səhvini qəbul edir

Mercedes komandasının sürücüsü Corc Rassell yarışda etdiyi səhvə görə komandasından üzr istəyib.

F-1.az xatırladır ki, britaniyalı sürücü yarış 4-cü yerdən başlayıb və startda yerini qoruyub. Lakin yarışın 12-ci dövrəsində 9-cu döngədə divara çırpılıb. buna baxmayaraq, yoluna davam edib. Pit-stopa gələn və ön qanadını dəyişən sürücü axırıncı yerə düşsə də, 8-ci yerə qədər yüksəlib. Lakin yarışın sonlarında yavaşlayıb və komandası onu boksa çağırıb. Beləliklə, 24 yaşlı pilot bu il Abstraliyadan sonr aikinci dəfə yarışı vaxtından əvvəl bitirməli olub.

Corc Rassell: “Sağ döngəyə bir az dərindən girdim və daha sonra sola dönərkən porebrikə toxunduç. Bolidin altılığı porebrikə dəydi və daha sonra havalandım. Yerə düşəndə arxa tərəfi itirdim və divara çırpıldım. bu qədər kiçik səhvin belə böyük nəticəsi olduğu üçün özümə qarşı əsəbiyəm. Belə traslar bu cür hadisələr yaşana bilər, ancaq mənim üçün çox pis nəticədir. Ancaq daha sonra yenidən yüksələrək, əla iş gördük.

Sözün açığı, əyləclərdə problem yaşadır. Bütün bunlar mənim səhvimdən qaynaqlanırdı. Komandaya görə çox məyusam. Maşın çox yaxşı işləyirdi. Burada rəqabətədavamlı olmağı gözləyirdik, ancaq yenə də yaxşı mübarizə apardıq. Gələcək üçün hər şey yaxşı görünsə də, bu gün çox məyus olduq”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*