Ç.Keri Fettelin qalmasını istəyir

Formula1-in rəhbəri Çeyz Keri dördqat Dünya Çempionu Sebastyan Fettelin idmanda qalmasını istəyir.

F-1.az xatırladır ki, almaniyalı sürücü ilin sonunda Ferrari-dən ayrılacaq, lakin 33 yaşlı pilotun gələcəyi müəmmalıdır. Fettel əgər özünə komanda tapa bilməsə, idmandan gedəcək.

Çeyz Keri: “Sürücülərimizin hamısı qəhrəmandırlar. İnsanlar da qəhrəmanları sevirlər. Əgər bir sürücü 4 dəfə Dünya Çempionu olubsa, ən böyük qəhrəmanlardan biri sayılır”.

Qeyd edək ki, hazırda peletonda 3 nəfər Dünya Çempionu var. Əgər ilin sonunda Rəykkönen və Fettel karyeralarını bitirsələr və Lyuis Həmilton titulu qazansa, peletonda bir Dünya Çempionu qalacaq.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*