S.Fettel Braziliyadan sonra Ferstappenə mesaj atıb

Sebastyan Fettel Braziliya yarışından sonra Ferstappenə mesaj göndərib və mesajda hazırkı yağış təkərlərindən və aralarındakı mübarizədən danışıb.

F-1.az xatırladır ki, hollandiyalı Braziliyada Fetteli ötərkən onu trasdan kənara çıxarmış və yarışdan sonra almaniyalı sürücü Ferstappendən şikayət etmişdi.

Maks Ferstappen Əbu Dabi yarışından əvvəl Fettelin onunla əlaqə saxladığını etiraf edib: “Yarışdan sonra mənə mesaj atdı, amma əsasən təkərlər barədə danışmışdı. Biz yarışçılarıq və deyəsən başa düşdü ki, məni arxasında saxlaya bilməyəcək. Əgər gərgin mübarizə aparsaydıq, daha çox şikayət edə bilərdi, amma mən düzgün olanı etdim. Dördüncü döngədə o da eynisini mənə etmək istədi, amma mən onun nə etmək istədiyini anladım və geri çəkildim. Daha sonra eyni hərəkəti mən ona edib, onu ötdüm. Yan-yana idik və o xarici trayektoriyada qalmağa davam etdi. Əlimdən heç nə gəlmirdi, çünki daxili trayektoriyada idim və ora çox sürüşkən idi. Təmas etmədik.

Mən düşünürəm ki, sürüş tərzim yaxşıdır. Həmişə özümə fokuslanıram və ən yaxşı nəticəni almaq üçün əlimdən gələni edirəm. İşlər belə gedir. Başqalarının fikirləri mənə maraqlı deyil”.

Ferstappen son yarışdan əvvəl 4-cü yerdəki Fetteldən 5 xal geri qalır. Jurnalistlər hollandiyalıdan “Fetteli geridə qoymaq sizin üçün vacibdir?” – deyə soruşublar: “Düzünü desəm, öndə olmaq gözəl olardı, amma ilk 4 yarışımda Red Bull-da deyildim. Xal itirmək həmişə mümkündür. Amma 4-cülüyə bu qədər yaxın olduğum üçün sevincliyəm. Dördüncü olsam, təəccüblənərəm, amma 5-ci yer də yaxşıdır, çünki arada elə də böyük fərq yoxdur. Birinci olmaq üçün buradayam. İkinci yer barədə düşünmürəm”.

Ferstappen Fettelin mesajda yazdığı yağış təkərlərindən də danışıb və bu barədə dəqiq heç nə deyə bilməyəciyini qeyd edib. Çünki o, yağış təkərləri ilə ilk dəfə yarışıb: “Bəzi sahələrdə təkmilləşdirmə işləri aparıla bilər. Bir söz demək çətindir, çünki digər yağış təkərlərindən istifadə etməmişəm. Su şırnağının arasında yarışmaq təbii ki çox çətin idi, amma əminəm ki, Pirelli ən yaxşı təkərləri bizə vermək üçün əlindən gələni edir. Onlarla görüşüb, daha yaxşı təkərlər üçün bir yerdə işləməliyik”.

, , , , , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*