10 Dekabr 2018, Bazar ertəsi - 21:59

S.Fettel: “İnsan həyatı daha önəmlidir”

S.Fettel: “İnsan həyatı daha önəmlidir”

Müəllif: Rauf Hacıyev, redaktor

20:52 - 04 Mart, 2016

Ferrari komandasının sürücüsü Sebastyan Fettel bildirib ki, Halo sisteminin görünüşü insan həyatından vacib deyil..

F-1.az xəbər vermişdi ki, Ferrari baş qoruma sistemi halonu trasda test edən ilk komanda olub. Dünən Rəykkönen ilk dəfə bu sistemlə trasa çıxmışdı, bu gün isə yeni sistemi Sebastyan Fettel test edib.

Bəzi pilotlar görünüşünə görə halo sistemini tənqid etsə də, Sebastyan Fettel sistem barədə müsbət rəylər bildirib: “Əvvəla, onu deyim ki, onunla trasa çıxanda heç bir problemlə üzləşmirsiniz. Görməli olduğunuz hər şeyi görürsünüz.

Estetik və görünüş cəhətdən sistemi təkmilləşdirmək olar. Mən simulyatorda da bu sistemi test etmişdim və qısa müddət ərzində sistemin yeni versiyasını görə bilərik.

Mən razıyam ki, prinsipcə, bu elə də yaxşı deyil, amma bu sistem təkmilləşdikcə insanların təhlükəsizliyi artacaq.

Bu cür sistem əvvəl olsaydı, Henri Sörtiz və Castin Uilson indi bizimlə olardılar.

Bu sistem çox eybəcər ola bilər, amma bu eybəcərlik o iki insanın yanımızda olmasından önəmli deyil”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 369
Teqlər , , , , ,
Paylaş

logo