K.Çandhok: “Fettel qayıtdı”

Sabiq Formula1 sürücüsü Karun Çandhok bildirib ki, Fettel sonuncu Soçi yarışında keçmiş günlərini xatırladıb.

F-1.az xatırladır ki, almaniyalı sürücü Rusiya yarışında liderliyə yüksəlmiş və Leklerlə fərqi artırmışdı. Lakin daha sonra MGU-K probleminə görə mübarizəni dayandırmışdı.

Karun Çandhok: “Sebastyan Soçidəki yarışın startında lider oldu. Orada əsl Fetteli gördük. Döngələrdə aqressiv idi və rəqibindən uzaqlaşdı. Bu mövsüm hələ belə yarışmamışdı. Ferrari sürücülərin yerini pitdə dəyişməklə doğru iş gördü. Lakin bu barədə əvvəldən Şarla deməli idilər”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*