20 İyul 2019, Şənbə - 07:10

B.Senna Haydfeldi əvəz edəcək

B.Senna Haydfeldi əvəz edəcək

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

20:28 - 24 Avqust, 2011

Lotus Renault GP komandası heyətindəki sürücü dəyişikliyini təsdiq edib – Spada Nik Haydfeldi Bruno Senna əvəz edəcək. Sabah komanda rəsmi […]

Lotus Renault GP komandası heyətindəki sürücü dəyişikliyini təsdiq edib – Spada Nik Haydfeldi Bruno Senna əvəz edəcək. Sabah komanda rəsmi bəyanat yayacaq, 27 yaşlı braziliyalı sürücü isə FİA-nın rəsmi mətbuat konfransında iştirak edəcək.

Bu əvəzləmə barədə söz-söhbət çoxdan gəzirdi. Şayiələrə görə, Haydfeldin komanda ilə müqaviləsində vaxtından əvvəl pozulması şərti var imiş, amma buna səbəb Robert Kubitsanın yarışlara qayıtması ola bilrədi. Brunonun sponsorları tərəfindən maliyyə təminatı da yox idi, ona görə də komandanın bəyanatı son anadək təxirə salınıb.

Bruno Senna Formula1-də keçən il debüt edib və Hispania komandasında 18 Qrn Pri keçirib, bu il Macarıstan Qran Prisinin cümə sərbəst yürüşlərində Lotus Renault GP komandasının heyətində çıxış edib.

Nik Haydfeld isə keçən il olduğu kimi mövsümü yenə də yarımçıq başa vurur, keçən il almaniyalı sürücü Sauber-də Pedro de la Rosanı 5 Qran Pridə əvəz etmişdi, 2011-ci ilin əvvəlində isə ralli qəzasında zədələnmiş Robert Kubitsanın yerinə Lotus Renault GP komandasına çağrılmışdı.

Son aylar komandanın rəhbərliyi Nikin zəif çıxışlarını bir neçə dəfə tənqid etmişdi, amma şayiələr gəzir onun komandadan azad olunmasının maliyyə səbəbləri də var – bu yaxınlarda komandanın həmsahibi Jerar Lopes Braziliyadan olan sərmayədarlarla böyük müqavilə imzalayıb, məhz bundan sonra Bruno komandanın fəal işinə cəlb olunub…


B.Senna Haydfeldi əvəz edəcək?

B.Senna Haydfeldi əvəz edəcək?

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

18:14 - 16 İyun, 2011

Lotus Renault GP komandasının rəhbərliyi bir neçə dəfə komandanın maliyyə problemləri ilə üzləşdiyi barədə yayılan şayiələri təkzib edib, amma Almaniya […]

Lotus Renault GP komandasının rəhbərliyi bir neçə dəfə komandanın maliyyə problemləri ilə üzləşdiyi barədə yayılan şayiələri təkzib edib, amma Almaniya mətbuatı yenə də bu mövzuya qayıdıb. Auto Motor und Sport komandanın sahibi Jerar Lopesin Braziliyaya səfərindən və orada Bruno Sennanın potensial sponsorları ilə danışıqlarından yazıb – komandanın heyətində dəyişiklik ola bilər…

Nik Haydfeldin sponsor dəstəyi yoxdur, amma təcrübəli almaniyalı sürücü Vitaliy Petrovla birlikdə komandaya Mühəndislər Kubokunda daha yüksək yer təmin edə bilərlər, bununla da komanda mövsümün sonunda daha çox mükafat məbləği qazana bilər. Əgər Brunonun sponsorları komandaya daha böyük məbləğ təklif etsələr, belə bir dəyişiklik mümkündür. Hazırda Senna komandanın ehtiyat sürücüsü statusunu daşıyır.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 320
Teqlər
Paylaş

logo