18 İyul 2019, Cümə axşamı - 03:08

Britaniya mətbuatı C.Batton barədə

Britaniya mətbuatı C.Batton barədə

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

18:53 - 21 Oktyabr, 2009

Əlbəttə, Censon Battonun Braziliyada qazandığı çempion titulu bugünkü Britaniya qəzetlərinin idman səhifələrinin əsas mövzusudur. Ümumi rəyə görə, yaxın rəqiblərinin uğursuzluğu […]

Əlbəttə, Censon Battonun Braziliyada qazandığı çempion titulu bugünkü Britaniya qəzetlərinin idman səhifələrinin əsas mövzusudur. Ümumi rəyə görə, yaxın rəqiblərinin uğursuzluğu fonunda Batton yarışı əla keçirib, arxa cərglərdən irəliləməklə yarışı beşinci yerdə başa vurub və özünə çempionatda qələbəni təmin edib…

The Daily Express: “Batton yarışı əla stildə keçirib, aqresiya və xarakter nümayiş etdirib və titulu Braziliyada qazanıb, 12 ay bundan əvvəl məhz bu trasda daha dramatik bir yarışda titulu Lyuis Həmilton qazanmışdı. Amma Batton titulu vaxtından əvvəl qazanıb, Həmilton kimi son yarışın son dövrəsinin son döngəsində deyil, ona görə də finiş xəttini keçərkən məşhur Queen qrupunun We Are The Champions sətirlərini oxuyub…”

The İndependent: “Startdan əvvəl Batton dedi ki, sıralanma turundakı uğursuzluqdan sonra 14-cü yerdən start alarkən ona yalnız möcüzə titulu artıq Braziliyada qazanmağa kömək ola bilər. Amma 60-cı dövrədə bu möcüzə baş verdi. Batton gərgin mübarizə aparırdı, onun məqsədəyönümlü olmasında tərəddüd edən bütün tənqidçiləri susmağa məcbur etdi və 10-cu dünya çempionumuz oldu, onun Brawn GP komandası isə ilk debüt ilində Mühəndislər Kubokunu qazanmaqla tarixə düşdü.”

The Daily Mail: “Batton onun bütün gələcəyini təyin edəcək sürətini göstərdi. Dünən o sadəcə dünya çempionu olmadı – Censon sübut etdi ki, onun əsil sürücü ürəyi, qəlbi və xarakteri var. Bütün peleton boyu irəliləməklə o ağlasığmaz ötmələr etdi, bəzən maşının yerləşmədiyi yerlərdən belə ötüşüb keçdi. Nəticədə o yarışı beşinci yerdə baaş vurdu – amma bu sadəcə beinci yer deyildi.”

The Times: “Batton Formula1-də 10 ildən artıqdır ki, çıxış edir və bütün bu illər ərzində onu tənqid edirdilər ki, o sürücü deyil, daha çox pleyboydur və ona cəsart çatışmır ki, avtoidmanın ən çətin seriyasında əsil mübarizəyə girişsin. Amma dünən San Pauluda klassik trasda o tənqidçiləri həmişəlik susdurdu. Yarışdan sonra sevincək maşından çıxan Batton onun zəfərinə şahidlik etmiş mexaniklərlə, yarış mühəndisi ilə, atası ilə, meneceri və uşaqlıq dostları ilə qələbəsini bayram etməyə başladı.”

The Guardian: “Yarışın çətin mübarizədə keçməsini nəzərə alaraq, Battonun beşinci yerini onun mövsümün əvvəlində qazandığı altı qələbədən ən yaxşısı ilə müqayisə etmək olar. Sıaralanma turu əsilndə bədbəxtçiliklə qurtarmışdı, amma vəziyyətə nzaərəti əlində saxlayan sürücü aqresiyasını da zəruri qədər göstərdi. Yeganə səhv uğursuzluğa çevrilə bilərdi, amma o inamlı və dəqiq hesablanmış ötmələr seriyası keçirdi.”

The Sun: “Keçən ilin sonunda işsiz qalmış və Formula1-də karyerası sual altında olan birisi üçün hadisələrin tam tərsinə çevrilməsi… Censon hətta maaşının da bir neçə dəfə azaldılmasına razı olmuşdu ki, bununla Brawn GP-yə böhranı dəf etməkdə köməkçi olsun. Hərçənd, söhbət puldan getmir. Heç bir varlı adam rekordlar kitabında belə bir sətri pulla ala bilməz: Censon Batton 2009-cu ilin dünya çempionudur.”


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 256
Teqlər
Paylaş

logo