Bridgestone Malayziyada: Soft və Hard

Keçən həftə Melburnda soyuq hava və asfaltın hamarlığı sürücülərə imkan vermişdi, təzminən bütün yarışı bir təkər dəsti ilə keçirsinlər. Amma […]

Keçən həftə Melburnda soyuq hava və asfaltın hamarlığı sürücülərə imkan vermişdi, təzminən bütün yarışı bir təkər dəsti ilə keçirsinlər. Amma Bridgestone-un mütəxəssisləri komandalara xəbərdarlıq ediblər ki, bu “qəhrəmanlığı” Malayziyada təkrar etmək çox təhlükəlidir.

Sepanq trası təkərə qarşı çox tələbkardır. Burda iki uzun yol var ki, hər ikisinin sonunda ciddi əyləc zonası yerləşir. Sürətli döngələr də təkərlərin tez yeyilməsinə “kömək edir.” Nəhayət, havanı da xatırlamaq yerinə düşərdi – ekvatorial enliklərdə termometr adətən 30 dərəcədən aşağı düşmür, hətta yağış yağsa belə, hava soyumur.

Hiroşi Yasukava, Bridgestone Motorsport-un başçısı: “Keçən il Malayziya Qran Prisi hava üzündən çox maraqlı alınmışdı – bu yarışlarda biz Potenza yağış təkərlərinin bütün imkanlarını gördük. Bundan başqa, Malayziya Bridgestone üçün vacib regiondur, biz təbii kauçukun böyük hissəsini məhz bu ölkədən alırıq. Bu il bizim bu ölkədəki nümayəndəliyimiz 10 yaşını qeyd edir və bu bayram şərəfinə Qran Pri çərçivəsində bir neçə tədbir nəzərdə tutulub.”

Hirohide Hamaşima, [b]Bridgestone-un yarış təkərləri şöbəsinin başçısı:[/b] “Sepanqda təkərlər çox tez yeyilir, ona görə ki, bu trasda iki uzun yolun sonunda güclü əylənmə zonası və müxtəlif növlü sürətli döngələr var. Ona görə də dövrənin gedişində təkərlər böyük yüklənməyə məruz qalırlar. Sürücülərə çox vacibdir ki, təkərləri bloka salmasınlar, xüsusən də yarışın əvvəlində – baklar dolu, təkərlər isə hələ tam qızmayıb.

Bu trasda 7-ci döngədən 11-ci döngəyədək olan sahə çox vacibdir, məhz bu aralıqda maşının sazlanmalarını qiymətləndirmək olar. Adətən yarış zamanı hava isti olur – bu isə təkərin yeyilməsini daha da artıra bilər.”

Mövsümün üçüncü yarışında komandalar Soft və Hard tərkiblərini alacaqlar…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*