İmolada hava düzəlmir

Çərşənbə axşamı İmola trasının bilavasitə yaxınlığından axan Santerno çayının daşması ehtimalı ilə əlaqədar tradan insanlar təxliyə edilməli olub.

F-1.az xəbər verir ki, hava vəziyyəti yaxşılaşmır. Bölgədə təhlükənin “qırmızı” səviyyəsi elan edilib. Tras su ilə əhatə olunub. Bir çox giriş yolları nəqliyyatın hərəkəti üçün bağlanıb. Bir nəfər yaşadığı evin birinci mərtəbəsində boğularaq ölüb.

Hələlik Formula1 rəhbərliyi və yarış promouterləri Qran Prinin baş tutacağına inandırsalar da, indi vəziyyət onlardan daha çox hava şəraitindən asılıdır. Yaxın günlər üçün proqnoz yağıntıların davam edəcəyini vəd edir.

Qeyd edək ki, hətta dünən də bölgənin rəhbəri hər bir halda yarışın keçiriləcəyini qətiyyətlə bildirib. Lakin həftəsonu baş tutsa belə, trasda çox suyun olduğu havalarda yarışın hakimlərinin ehtiyatlı davrandığını dəfələrlə müşahidə etmişik…

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*