Rəsmən: İmola yarışı azarkeşsiz olacaq

İmolada keçiriləcək Formula1 yarışı azarkeşsiz baş tutacaq.

F-1.az xatırladır ki, bu il də İmola təxirə salınan yarışların əvəzinə təqvimə daxil olmuşdu.

Lakin yarışın azarkeşli və ya azarkeşsiz olacağı müəmmalı idi. Hazırda İtaliyada vəziyyət elə də ürəkaçan deyil və təşkilatçılar yarışı qapalı qapılar arxasında keçirməyə qərar veriblər.

Trasın yerləşdiyi Emiliya Romanya bölgəsinin rəhbəri Stefano Bonaççini bildirib ki, yarış azarkeşsiz olacaq: “Aprelin 18-də keçirilıcək yarış keçənilki kimi qapalı qapılar arxasında reallaşdırılacaq. Ümid edirəm ki, son dəfə azarkeşsiz yarış təşkil edərik. Əgər tribunalar dolu olsa, deməli xəstəliyi məğlub etmişik”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*