İmolada həftəsonu logistikaya görə 2 günə endirilib

Keçən həftəsonu təsdiqlənən 3 yarışla builki qran pri sayı 13-ə çatıb. Lakin ənənəyə əks olaraq, İmoladakı həftəsonu cəmi 2 gün davam edəcək.

F-1.az bildirir ki, Emiliya Romanya Qran Prisi adlandırılacaq bu yarış günlərinin formatı hələ açıqlanmayıb. Komandalara cəmi 2 günün verilməsinin səbəbini isə logistika ilə əlaqələndirirlər. Portuqaliyadakı yarış cəmi bir həftə əvvəl baş tutacaq və oaradan İmolaya 2500 km məsafə var. İtaliyaya getmək və boksları hazırlamaq üçün vaxt tələb olunur.

Alfa Romeo komandasının meneceri Beat Tsender yarana biləcək çətinliklərdən bəhs edib: “İşləri çatdırmaq üçün xeyli səy göstərmək lazım gələcək. İki tras arasında məsafə uzundu, yük maşınlarının karvanı fasiləsiz hərəkət etməli olacaqlar – onlar sadəcə yanacaq doldurmaq üçün fasilə verəcəklər.

Hər bir maşın üçün normada olduğu kimi, 2 yox, 4 sürücü lazım olacaq ki, növbə ilə sürsünlər. Bundan əlavə, yatmaq üçün yerləri olan, karvanı müşahidə edəcək xüsusi bir avtobus da təşkil etmək lazımdır”.

 

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*