S.Peres: İstədiyim dövrəni vura bilmədim

Red Bull komandasının sürücüsü Serxio Peres bildiribki, istədiyi kimi dövrə vura bilməyib.

F-1.az xatırladır ki, meksikalı sürücü Emiliya Romanya Qran Prisinin sıralanma turunda 7-ci yeri tutub.

Serxio Peres: “Məyusedici gün idi. Lakin bu həftəsonunun başlanğıcıdır. Bəzi şeyləri səhv etdik və uğursuz oldum. Təkərləri qızdıra bilmədim. Ən sürətli dövrəmdə belə istədiyim kimi asfaltla ilişmə yox idi. Ən sonda isə qırmızı bayraqlar mane oldu. Təmiz dövrə vura bilmədim.

Əsas hədəfim sprint yarışında yerlər qazanıb, əsas yarışa yaxşı yerdən başlamaqdır”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*