Azərbaycan-2021: İkinci sərbəst yürüşlər

Asfaltın vəziyyəti səhərki ilə müqayisədə, daha yaxşı olub, lakin maşınlar isti asfalt üzərində də sürüşüblər. Pirelli Bakıya ilk dəfə ən yumşaq təkərləri gətirib, lakin ideal asfaltla ilişməni əldə etmək mümkün olmayıb.

F-1.az bildirir ki, komandalar təkərlərin səmərəliliyini və düzgün sazlanmaları tapmaq üzərində işləyiblər. Hava getdikcə soyuyub. Sürücülərin əksəriyyəti orta təkərlərlə başlayıb.

İlk məşqlərdə hamı diqqətli olsa da, bu dəfə sürətlər artırılıb. Bottas, Norris, Qasli, Fettel və Tsunoda təhlükəsizlik cibinə giriblər. Latifinin qəzasına görə qırmızı bayraqlar dalğalandırılıb. Lekler 15-ci döngədə səhvə yol verərək qəza edib və ön qanadını qırıb.

Mercedes sürücüləri sürət çatışmazlığından gileyləniblər ilk onluğa girə bilməyiblər. Serxio Peres 1:42.115-lik nəticə ilə protokollara başçılıq edib.

Məşqlər sabah davam edəcək…

Yer N Sürücü Komanda Zaman Fərq Dövrə
1 11 Serxio Peres Red Bull 1:42.115 22
2 33 Maks Ferstappen Red Bull 1:42.216 + 0:00.101 23
3 55 Karlos Sayns Ferrari 1:42.243 + 0:00.128 24
4 16 Şarl Lekler Ferrari 1:42.436 + 0:00.321 22
5 10 Pyer Qasli AlphaTauri 1:42.534 + 0:00.419 26
6 14 Fernando Alonso Alpine 1:42.693 + 0:00.578 24
7 99 Antonio Covinatsi Alfa Romeo 1:42.941 + 0:00.826 25
8 4 Lando Norris McLaren 1:43.018 + 0:00.903 24
9 31 Esteban Okon Alpine 1:43.020 + 0:00.905 23
10 22 Yuki Tsunoda AlphaTauri 1:43.130 + 0:01.015 25
11 44 Lyuis Həmilton Mercedes AMG 1:43.156 + 0:01.041 24
12 7 Kimi Rəykkönen Alfa Romeo 1:43.220 + 0:01.105 23
13 3 Daniel Rikkardo McLaren 1:43.298 + 0:01.183 23
14 18 Ləns Stroll Aston Martin 1:43.812 + 0:01.697 21
15 5 Sebastyan Fettel Aston Martin 1:43.881 + 0:01.766 22
16 77 Valtteri Bottas Mercedes AMG 1:44.184 + 0:02.069 23
17 63 Corc Rassell Williams 1:44.557 + 0:02.442 24
18 9 Nikita Mazepin Haas 1:45.563 + 0:03.448 23
19 47 Mik Şumaxer Haas 1:46.095 + 0:03.980 12
20 6 Nikolas Latifi Williams 1:46.983 + 0:04.868 5

 

 

, , , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*