24 May 2019, Cümə - 17:45

Braziliya Qran Prisi: Sıralanma turu

Braziliya Qran Prisi: Sıralanma turu

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

18:08 - 24 Noyabr, 2012

Sessiyanın əvvəlində nəm tras, quru. Buludlu. Havanın temperaturu +26° C, trasın temperaturu +36° C İnterlaqosda ötmək mümkündür, amma hava proqnozu […]

Sessiyanın əvvəlində nəm tras, quru. Buludlu. Havanın temperaturu +26° C, trasın temperaturu +36° C

İnterlaqosda ötmək mümkündür, amma hava proqnozu sabaha yağış vəd edirdi, ona görə də sıralanma turu prinsipial əhəmiyyət kəsb edib, xüsusən də nəzərə almaq lazımdır ki, mövsümün sonuncu Qran Prisində çempion titulunun taleyi həll olunur – Sebastyan Fettel San Pauluya Fernando Alonso üzərində 13 xallıq üstünlüklə gəlib.

Lotus-un mexanikləri Kimi Rəykkönenin maşınında motoru dəyişməli olublar, finlandiyalı sürücünün maşınına Abu Dabidə ona qələbə qazandırmış motor quraşdırılıb.

Sıralanma turundan bir qədər əvvəl kiçik yağış yağıb, ona görə də sürücüləri nəm və qurumaqda olan tras gözləyib. Bəzi sürücülər trasa keçid təkərlərlə çıxıblar, amma bir neçə dövrədən sonra sliklərin üstünlüyü görünüb və hamı təkərlərini dəyişib. Top-komandaların sürücüləri trasa tələsməyiblər, trasın və ya trayektoriyanın qurumasını gözləyiblər. Sonra isə daha bərk tərkiblər uzun dövrələr seriyasına çıxıblar. Roman Qrojan start düzlüyünün girişində Pedro de la Rosa ilə toqquşub və mövsümdə ilk dəfə zəif komandaların sürücüləri ilə birlikdə mübarizəni dayandırmalı olub. Protokollara isə Lyuis Həmilton başçılıq edib – 1:15.075.

İkinci sessiyaya Ferrari sürücüləri bərk tərkiblə başlayıblar və uzun dövrələr seriyasına çıxıblar. Amma digər sürücülər daha qısa dövrələr seriyasında daha yumşaq tərkiblə işləyiblər. Tras tam quruduğundan sürətlər artıb. Protokollara Sebastyan Fettel başçılıq edib – 1:13.209, sonuncu sessiyaya di Resta, Senna, Peres, Şumaher, Kobayaşi, Rikkardo və Vern keçə bilməyiblər.

Sonuncu sessiyada hamı Medium tərkibi ilə işləyib, trasın temperaturu sıralanma turunun əvvəlindən 11 dərəcə artıb. Həmilton elə ilk cəhdində uik-endin rekorduna imza atıb – 1:12.850. Mark Uebber ikinci cəhdində bu nəticəni yaxşılaşdıra bilib – 1:12.581, amma McLaren sürücüləri ilk cərgəni tuta biliblər.

Həmilton karyerasında 26-cı, mövsümdə isə 7-ci poulunu qazanıb və McLaren-də sonuncu yarışına komanda yoldaşı ilə ilk cərgədən başlaycaq. Red Bull sürücüləri ikinci cərgəni zəbt ediblər – Fettel Uebberin arxasından start alacaq. Alonso isə öz komanda yoldaşı Massaya da uduzaraq 8-ci yerdən start alacaq.

Sonuncu Qran Pridə Ferrari komandası braziliyalı sürücünün maşınında ötürmələr qutusunun plombunu sındırmışdı ki, Alonsonun start mövqeyi yaxşılaşsın. Bu dəfə oxşar senari baş verəcəkmi?

Sabah bizi çox maraqlı yarış gözləyəcək, artıq bir gündən sonra biz ən gənc üçqat dünya çempionunun adını biləcəyik…

YerPilotKomandaMotorI sessiyaII sessiyaIII sessiya
YerVaxtYerVaxtVaxtFərq
01L.HəmiltonMcLarenMercedes011:15.075021:13.3981:12.458
02C.BattonMcLarenMercedes031:15.456031:13.5151:12.513+ 0.055
03M.UebberRed BullRenault111:16.180041:13.6671:12.581+ 0.123
04S.FettelRed BullRenault051:15.644011:13.2091:12.760+ 0.302
05F.MassaFerrariFerrari121:16.263101:14.0481:12.987+ 0.529
06P.MaldonadoWilliamsRenault131:16.266061:13.6981:13.174+ 0.716
07N.HülkenberqForce İndiaMercedes041:15.536071:13.7041:13.206+ 0.748
08F.AlonsoFerrariFerrari101:16.097091:13.8561:13.253+ 0.795
09K.RəykkönenLotusRenault151:16.432051:13.6981:13.298+ 0.840
10N.RosberqMercedes AMGMercedes071:15.929081:13.8481:13.489+ 1.031
11P.di RestaForce İndiaMercedes061:15.901111:14.121
12B.SennaWilliamsRenault021:15.333121:14.219
13S.PeresSauberFerrari081:15.974131:14.234
14M.ŞumaherMercedes AMGMercedes091:16.005141:14.334
15K.KobayaşiSauberFerrari141:16.400151:14.380
16D.RikkardoToro RossoFerrari171:16.744161:14.574
17J.E.VernToro RossoFerrari161:16.722171:14.619
18R.QrojanLotusRenault181:16.967
19V.PetrovCaterhamRenault191:17.073
20H.KovalaynenCaterhamRenault201:17.086
21T.QlokMarussiaCosworth211:17.508
22Ş.PikMarussiaCosworth221:18.104
23N.KartikeyanHRTCosworth231:19.576
24P.de la RosaHRTCosworth241:19.699

Braziliya Qran Prisi: Sıralanma turu

Braziliya Qran Prisi: Sıralanma turu

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

13:30 - 16 Dekabr, 2011

Quru. Buludlu. Havanın temperaturu +27° C, trasın temperaturu +43° C Sərbəst yürüşlərin hər üç sessiyası quru asfaltda keçmişdi, amma bazar […]

Quru. Buludlu. Havanın temperaturu +27° C, trasın temperaturu +43° C

Sərbəst yürüşlərin hər üç sessiyası quru asfaltda keçmişdi, amma bazar gününə hava proqnozu yüksək ehtimalla yağışın yağmasını vəd edirdi, ona görə də bəzi sürücülər sıralanma turunda yağış sazlanmaları seçərək start sahəsində mövqelərini qurban veriblər. Sessiyanın əvvəlində səmanı buludlar örtsə də, yağış sessiyanın gedişinə müdaxilə etməyib.

Birinci hissədə protokollara Censon Batton başçılıq edib – 1:13.281. Üç ən zəif komandanın sürücülərinə bu dəfə Pastor Maldonado qoşulub. Bütün sürücülər 107%-lik həddi keçdikləri üçün sabah yarışın startına çıxacaqlar.

İkinci hissədə yağış gözlənildiyindən sürücülər trasa tələsiblər, ən yaxşı nəticəni Sebastyan Fettel göstərib – 1:12.446, sonuncu hissəyə isə di Resta, Barrikello, Algersuari, Buemi, Petrov, Kobayaşi və Peres keçə bilməyiblər.

Finalda yalnız Fettel 72 saniyədən sürətli olub – almaniyalı sürücü mövsümdə 15-ci, karyerasında isə 30-cu poulunu qazanmaqla 1992-ci ildən qalan Naycel Mənsellə məxsus rekordu təzələyib. Mark Uebber ikinci nəticə göstərib – birinci start cərgəsi bütünlüklə Red Bull-undur, ikinci start cərgəsini isə McLaren sürücüləri tutublar.

YerPilotKomandaMotorI sessiyaII sessiyaIII sessiya
YerVaxtYerVaxtVaxtFərq
01S.FettelRed BullRenault051:13.664011:12.4461:11.918
02M.UebberRed BullRenault031:13.467031:12.6581:12.099+ 0.181
03C.BattonMcLarenMercedes011:13.281051:12.8201:12.283+ 0.365
04L.HəmiltonMcLarenMercedes021:13.361041:12.8111:12.480+ 0.562
05F.AlonsoFerrariFerrari091:13.969061:12.8701:12.591+ 0.673
06N.RosberqMercedes GPMercedes101:14.083021:12.5691:13.050+ 1.132
07F.MassaFerrariFerrari131:14.269081:13.2911:13.068+ 1.150
08A.SutilForce İndiaMercedes041:13.480071:13.2611:13.298+ 1.380
09B.SennaLotus Renault GPRenault151:14.453091:13.3001:13.761+ 1.843
10M.ŞumaherMercedes GPMercedes061:13.694101:13.571
11P.di RestaForce İndiaMercedes071:13.733111:13.584
12R.BarrikelloWilliamsCosworth111:14.117121:13.801
13X.AlgersuariToro RossoFerrari121:14.225131:13.804
14S.BuemiToro RossoFerrari161:14.500141:13.919
15V.PetrovLotus Renault GPRenault081:13.859151:14.053
16K.KobayaşiSauberFerrari171:14.571161:14.129
17S.PeresSauberFerrari141:14.430171:14.182
18P.MaldonadoWilliamsCosworth181:14.625
19H.KovalaynenTeam LotusRenault191:15.068
20Y.TrulliTeam LotusRenault201:15.358
21V.LiutsiHispaniaCosworth211:16.631
22D.RikkardoHispaniaCosworth221:16.890
23J.D’AmbrozioMarussia VirginCosworth231:17.019
24T.QlokMarussia VirginCosworth241:17.060

Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 324
Teqlər
Paylaş

logo