BMW Sauber maşının son versiyasını hazırlayır

BMW Sauber komandasının mətbuat xidməti Sinqapur Qran Prisinə həsr olunmuş reliz yayıb. Komandada əhval ruhiyyə xoşdur – gələn il komandanın […]

BMW Sauber komandasının mətbuat xidməti Sinqapur Qran Prisinə həsr olunmuş reliz yayıb. Komandada əhval ruhiyyə xoşdur – gələn il komandanın çempionatda iştirakını təmin edəcək sərmayədar tapılıb, qarşıdakı yarışda isə F1.09-a mövsümün sonuncu yenilikləri quraşdırılacaq…

Mario Tayssen: “Formula1-in keçən il Sinqapurda debütü unudulmaz təəssürat qoymuşdu – nadir televiziya görüntüləri, qeyri-adi atmosfer – mərhələ mövsümün əsas hadisəsi olmuşdu.

Bir il əvvəl biz yerli vaxta öyrəşməmişdik, alman vaxtı ilə yaşamışdıq, eynilə bu il də bu cür edəcəyik. Biz səbirsizliklə yarışı gözləyirik və ümid edirik ki, maşının təkmilləşdirilmiş versiyası ilə uğur qazanacayıq.

Monsada sıralanma turunda motor problemlərinin səbəbi klapan mexanizmidir, bu isə o deməkdir ki, hər iki motordan bir daha istifadə etmək olmayacaq. Monsa yarışı zamanı bizim sürücülər Spada istifadə etdiyimiz motorlarla yarışıblar, indi hər iki sürücünün bir təzə motoru və bir neçə işlənmiş motoru var. Əsas məsələ mövsümün sonuna qədər doqquzuncu motordan istifadə etməməkdir, əks halda biz startda on yer itirməli olacayıq.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*