20 İyun 2019, Cümə axşamı - 11:15

Haas və Alfa Romeo komandaları yeni mühərriyə keçiblər

Haas və Alfa Romeo komandaları yeni mühərriyə keçiblər

Müəllif: Rauf Hacıyev, redaktor

13:16 - 23 May, 2019

Haas və Alfa Romeo komandaları Monakoda Ferrari-nin ikinci versiya mühərriyinə keçiblər.

F-1.az xatırladır ki, “qırmızılar” performansı artırmaq üçün İspaniyada yeni versiya mühərriyə keçsə də, Mercedes yenə də yarışı qələbə dublu ilə bitirmişdi. Ferrari komandasının sürücüləri isə 4 və 5-ci yerləri tutmuşdular.

Haas komandasının rəhbəri Günter Ştayner bildirib ki, yeni güc qurğusunu tanımırlar, amma əvvəlkindən yaxşı olacağına ümid edir: “Güc fərqinin nə qədər olduğunu bilmirəm. Enerjiyə qənaət və xəritələr barədə məlumatım yoxdur. Amma əminəm ki, əvvəlkindən yaxşı olacaq”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 43
Teqlər , , ,
Paylaş

logo